Kredit verməkdən "qaçan" banklar: 26 BANK ÜZRƏ RENKİNQ
Azərbaycanda bankların öz aktivlərini diferensasiya etməsi prosesi devalvasiyadan sonra gündəmə gəldi. Əslində ölkə iqtisadiyyatı da həmin dövrdən sonra neftdən asılılığı azaltmaq üçün eynilə bu mərhələyə keçdi. Beləliklə, iqtisadiyyatın güzgüsü rolunda çıxış edən banklar qazanmaq məqsədilə kreditlərə başlıca istiqamət kimi baxsalar da, vəsaitlərinin bir hissəsini qiymətli kağızlara yatırmağa başladılar.
Buna görə də bankların əksəriyyətinin akitvlərində kredit portfelinin həcmi kiçilməyə başladı.
5-in 21-ə nisbəti yenə BÖYÜK FƏRQ yaradır
ENA.az olaraq kredit bazarındakı iştiraklarına görə bankların reytinqini və eyni zamanda kreditlərin aktivlərdəki payının faiz nisbətini Sizə təqdim edirik. Başqa sözlə, ola bilər ki, bankın kredit portfelinin həcmi çox yüksəkdir, ancaq onun aktivlərdəki payına gəlincə, bu heç 30%-ə şatmır. Məsələn, Azərbaycan Beynəlxalq Bankında olduğu kimi.
Beləliklə, kredit portfelinin həcminə görə TOP-5 bankların renkinq sıralaması belədir: Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Paşa Bank, Xalq Bank, Premium Bank. Bu beş bankın kredit portfelinin ümumi həcmi 8 milyard 823 milyon manat təşkil edir. Yerdə qalan 21 bankın kredit portfeli isə cəmi 4 milyard 881 milyon manatdır. Yəni, ümumi mənzərənin nə qədər ciddi fərq doğurduğunu rəqəmlər göstərir.
Azərbaycanda fəaliyyət göstərən 26 bankın renkinqi
Reytinq Sırası |
Banklar |
Kredit portfelinin həcmi (min AZN) |
Aktivlər |
Kreditlərin aktivlərdəki payı, % ilə |
1 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
2 418 518 |
8 477 000 |
28,5% |
2 |
Kapital Bank ASC |
2 154 116 |
4 870 499 |
44,2% |
3 |
Paşa Bank ASC |
1 852 001 |
4 831 912 |
38,3% |
4 |
Xalq Bank ASC |
1 533 881 |
2 168 973 |
70,7% |
5 |
Premium Bank ASC |
564 012 |
670 081 |
84,2% |
6 |
Accessbank QSC |
535 305 |
851 162 |
62,9% |
7 |
Bank Respublika ASC |
451 723 |
1 035 567 |
43,6% |
8 |
Unibank ASC |
418 022 |
714 714 |
58,5% |
9 |
AzFinance Bank ASC |
394 361 |
573 389 |
68,8% |
10 |
Rabitəbank ASC |
359 374 |
926 089 |
38,8% |
11 |
Muğanbank ASC |
356 252 |
591 807 |
60,2% |
12 |
Azərbaycan Sənaye Bankı ASC |
346 752 |
924 006 |
37,5% |
13 |
Turanbank ASC |
341 314 |
522 055 |
65,4% |
14 |
Yelo Bank ASC |
305 171 |
461 533 |
66,1% |
15 |
Bank of Baku ASC |
228 358 |
379 215 |
60,2% |
16 |
Expressbank ASC |
215 815 |
300 535 |
71,8% |
17 |
Günaybank ASC |
176 297 |
247 199 |
71,3% |
18 |
Azər-Türk Bank ASC |
160 366 |
337 522 |
47,5% |
19 |
Yapı Kredi Bank Azərbaycan ASC |
159 389 |
355 069 |
44,9% |
20 |
Ziraat Bank Azərbaycan ASC |
139 241 |
274 415 |
50,7% |
21 |
NaxçıvanBank ASC |
105 057 |
241 859 |
43,4% |
22 |
Bank Avrasiya ASC |
91 364 |
161 201 |
56,7% |
23 |
VTB -Azərbaycan ASC |
70 464 |
168 056 |
41,9% |
24 |
BTB ASC |
20 992 |
360 162 |
5,8% |
25 |
Bank Melli İran Bakı filialı |
4 912 |
83 981 |
5,8% |
26 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
644 |
10 825 |
5,9% |
Pulunu daha çox kreditə yatıran banklar
Aktivlərdə kredit portfelinin payına gəlincə, bu siyahıda TOP-5 banklar bunlardır: Premium Bank -84,2%, Expressbank -71,8%, Günaybank - 71,3%, Xalq Bank - 70,7%, AzFinance Bank - 68,8%.
Kreditlərdən “qaçan” banklar
İri banklar arasında kredit portfelinin həcminin yüksək olmasına baxmayaraq onların aktivlərdəki payına görə ən az faiz nisbətinə Azərbaycan Beynəlxalq Bankı və Paşa Bankda rast gəlirik. Bu isə onu göstərir ki, həmin banklar aktivlərinin böyük hissəsini aktiv kredit bazarında deyil, digər vasitələrdə saxlayır. Bunlara misal olaraq qiymətli kağızlar bazarını göstərmək olar. Lakin Azərbaycanda bu bazarda alətlərin azlığı qazanmaq imkanlarını məhdudlaşdırır. Bunu Mərkəzi Bankın notlarına, qısa müddətli dövlət istiqrazlarına olan tələbin hər dəfə təklifdən bir neçə dəfə çox olmasında da görmək olar.
Kreditə ehtiyac varmı?
COVİD-19 pandemiyasından sonra kreditləşmənin həcminin daha da azalacağını proqnozlaşdırmaq olar, çünki biznes karantin tədbirlərindən böyük ziyan çəkib və bu ziyan özünü problemli kreditlərin xüsusi çəkisinin artmasında göstərəcək. Bu halda banklar da təbii instikt olaraq kreditləşməyə maraqlı olmayacaq.
Amma kreditlərə tələb varmı, sualı ortaya çıxsa, birmənalı olaraq VAR! Xüsusən də biznesin kreditlərə tələbi kəskin artıb. Biznesin maliyyələşdirilməsi, xüsusən də dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə biznes maliyyə təminatı axtarır. Məsələn qonşu Türkiyədə illik inflyasiya 12-13 faiz olduğu halda, banklar biznesə dəstək məqsədilə 8% ilə kreditləşmə aparırlar və bu ölkə iqtisadiyyatını çətinlikdən qurtarmaq məntiqinə dayanır. Azərbaycanda illik inflyasiya 2-3% olduğu halda biznes kreditləri üzrə riskləri nəzərə alan banklar faiz damını 16%-ə qaldırıb.
Əvəzində dövlət zəmanəti ilə kreditlərin verilməsi dəstəyi ortaya qoyulub. Bu sistemin işləyib-işləməyəcəyini isə yaxın gələcək göstərəcək.