BİZNES

Azərbaycanın avtomobil şirkəti bazarı tərk edir

Azərbaycanda daha bir şirkət ləğv edildiyini açıqlayıb.

ENA.az xəbər verir ki, “Autohouse Abşeron” MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 134 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Autohouse Abşeron” MMC 2016-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 500 manatdır və qanuni təmsilçisi Orxan Hacıyev Famil oğludur.

Avtomobil şirkətinin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi, ev 8 ünvanında fəaliyyət göstərirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)