Bankların öz pulları nə qədərdir? - 26 BANK ÜZRƏ RENKİNQ
Təəssüf ki, Azərbaycanın bank serktorundakı pis sürprizlərlə çox qarşılaşmışıq. Bəzən müvafiq qurumlar bu xoşagəlməz hadisələrdə suç ortağı kimi müştəriləri də günahlandırırlar: “O banka pul qoymazdan əvvəl bir araşdırardınız”.
Bankın öz pulu - MƏCMU KAPİTAL
Əslində vətəndaşın belə bir öhdəliyi yoxdur, çünki bak fəaliyyəti lisenziyalaşdırılmış sahədir. Buna baxmayaraq, ENA.az olaraq bankların əsas önəm verilməli olan göstəricilərini sizin diqqətinizə çatdırırıq.
Bu göstəricilərdən birincisi bankın məcmu kapitalıdır.
Məcmu kapitalın əsas məqsədi bankın maliyyə dayanıqlığını təmin etməkdir. Yəni bankı ödəmə qabiliyyətinin itirilməsinə səbəb ola biləcək mümkün zərərlərdən qoruyur, əmanətçilərin və investorların bank sisteminə etimadını artırır.
Başqa sözlə desək, məcmu kapitalın məqsədi gözlənilməz itkilərin qarşısını almaqdır. Əgər gözlənilməz itki baş verərsə, bu zaman bank bu itkini əmanətçilərin yox, öz vəsaiti hesabına qarşılaya bilər. Bu səbəbdən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalını 50 mln. manatadək artırılması ilə bağlı tələb irəli sürüb. Qeyd edək ki, bunun digər bir məqsədi, bankların konsolidasiyasına (birləşməsinə) nail olmaq idi, lakin bağlanan banklarının sayının 20 olmasından göründüyü kimi, bu mümkün olmadı.
Nizamnamə kapitalı fərqli anlayışdır
Beləliklə, Azərbaycanda hazırda fəaliyyət göstərən bankların məcmu kapitalı üzrə renkinqini sizə təqdim edirik. Cədvəldə eyni zamanda nizamnamə kapitalı ilə bağlı rəqəmləri də görə bilərsiniz. Bəzi hallarda, məcmu kapital ilə nizamnamə kapitalı səhv salına bilər. Amma nizamnamə kapitalı və məcmu kapital fərqli anlayışlardır. Nizamnamə kapitalı sahmdar kapitalıdır və o da məcmu kapitalın bir hissəsidir.
Dəyişilməz "ÜÇLÜK"
Renkinq cədvəlindən aydın göründüyü kimi, məcmu kapitalın həcminə görə də Azərbaycan Beynılxalq Bankı, Kapital Bank və PAŞA Bank ilk üçlükdədir. Bu isə həmin banklarının dayanıqlı olmasına əsas yaradır. Ümumilikdə 1 iyul 2020-ci il tarixə açıqlanan rəsmi rəqəmlər bankların normativə uyğun olduğunu göstərir.
Qeyd edək ki, yalnız iki bank - Günaybank, Muğan Bankın məcmu kapitalları ilə bağlı göstəriciləri saytlarında görmədik.
YERİ |
Renkinq sırası |
Banklar |
Məcmu kapital (min AZN) |
||
ümumi |
o cümlədən nizamnamə kapitalı |
||||
1 |
1 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
1 350 861 |
1 224 478 |
|
2 |
2 |
Kapital Bank ASC |
487 150 |
225 850 |
|
4 |
3 |
Paşa Bank ASC |
440 000 |
333 000 |
|
3 |
4 |
Xalq Bank ASC |
426 799 |
364 772 |
|
21 |
5 |
Premium Bank ASC |
178 156 |
154 601 |
|
14 |
6 |
Expressbank ASC |
117 503 |
112 545 |
|
15 |
7 |
Rabitəbank ASC |
105 380 |
101 300 |
|
12 |
8 |
Azərbaycan Sənaye Bankı ASC |
99 380 |
60 000 |
|
7 |
9 |
Bank Respublika ASC |
89 863 |
73 461 |
|
24 |
10 |
NaxçıvanBank ASC |
88 155 |
77 025 |
|
5 |
11 |
Unibank ASC |
84 857 |
125 686 |
|
8 |
12 |
Bank of Baku ASC |
79 264 |
52 870 |
|
13 |
13 |
Turanbank ASC |
78 583 |
70 004 |
|
6 |
14 |
Accessbank QSC |
77 542 |
258 718 |
|
22 |
15 |
AzFinance Bank ASC |
77 165 |
70 393 |
|
10 |
16 |
Yapı Kredi Bank Azərbaycan ASC |
73 324 |
55 381 |
|
23 |
17 |
Ziraat Bank Azərbaycan ASC |
69 667 |
50 000 |
|
17 |
18 |
Bank Avrasiya ASC |
67 295 |
50 000 |
|
19 |
19 |
BTB ASC |
63 109 |
66 045 |
|
20 |
20 |
VTB -Azərbaycan ASC |
59 473 |
315 815 |
|
11 |
21 |
Yelo Bank ASC |
54 127 |
348 000 |
|
25 |
22 |
Bank Melli İran Bakı filialı |
50 846 |
73 611 |
|
16 |
23 |
Azər-Türk Bank ASC |
50 666 |
50 000 |
|
26 |
24 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
9 449 |
9 420 |
|
9 |
25 |
Muğanbank ASC |
|
102 005 |
|
18 |
26 |
Günaybank ASC |
|
64 910 |