Vakansiyalar

"TBA Agency" işçilər axtarır - MAAŞ 450-550 MANAT

Vəzifə Adı: Sahə Müfəttişi

İşəgötürən: TBA Agency

Yer: Azərbaycan

Haqqımızda: Marketinq üzrə araşdırma agentliyi

Əlaqəli şəxs: Təbriz İlyasoğlu
Əlaqə nömrəsi: (+994) 77 501 41 91

Şirvan, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Hacıqabul, Cəlilabad şəhərlərində təftiş işlərini həyata keçirəcək Sahə Müfəttişi vəzifəsinə namizədləri işə götürürük. Namizədlərin bu şəhərlərdən birində yaşaması tələb olunur. Bu vəzifə daimi xarakter daşıyır.

Əsas məsuliyyətlər:

o İş qrafiki: İş günləri Bazarertəsi – Cümə olmaqla 5 gün, iş saatları 9:00 – 18:00 olmaqla gündə 9 saat
o Audit proyektinə təyin olunmaq və öncədən müəyyən edilmiş sahə üzrə audit yoxlamalarını həyata keçirtmək
o Öncədən təyin edilmiş marşrutlarda gündəlik sahə yoxlamalarının aparılmasını təmin etmək
o Mobil tətbiq üzərindən effektiv və dəqiq şəkildə məlumatların toplanması və hesabat olunmasını təmin etmək
o Yeni layihələri və mövcud layihələrin audit keyfiyyətinin artırılması üçün təşkil olunan həftəlik/aylıq komanda görüşlərində aktiv iştirak etmək
o Sahədəki yoxlamalar zamanı yaşanan hər hansı uyğunsuzluq barədə Sahə Əməliyyatları Menecerinə hesabat vermək
o Sahə Əməliyyatları Meneceri tərəfindən verilmiş hər hansı digər audit tapşırıqlarını yerinə yetirmək

Tələblər:

o Təhsil: Universitet təhsili arzuolunandır
o Peşəkar təcrübə: Araşdırma agentliklərində təcrübə arzuolunandır
o Dil bacarıqları: Azərbaycan səlis, Rus dili arzuolunandır
o Kompüter biliyi: Texnologiya bacarıqları arzuolunandır, çünki hesabatlar tam şəkildə mobil tətbiq üzərindən həyata keçirilir
o Digər: Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması tələb olunur
o Şəxsi keyfiyyətlər: Əla danışıq ünsiyyəti, sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil, dəqiq və komanda ruhlu

Əmək haqqı və digər üstünlüklər:
Ortalama əmək haqqı: 450-550 AZN
Transport: Rut bölgüsünə əsasən təyin edilir və əmək haqqından əlavə ödənilir
Mobil xərclər: Planşetdəki şirkət nömrəsi üçün ödənilir

Müraciət üçün son tarix: 31 Avqust 2020

Yuxarıdakı iş elanı ilə maraqlanırsınızsa, CV-nizi aşağıdakı email adresinə “Sahə Müfəttişi” başlığı ilə göndərməyinizi xahiş edirik.

Email: office@agencytba.com

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department