Nazir: “Azərbaycanda dövlət istiqrazlarının həcmi artırılacaq”
“Dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində əlavə genişləndiriləcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.
Bundan başqa, onun sözlərinə görə, maliyyə sektoru daima dövlət istiqrazlarının payının artılması məsələsini qaldırıb: “Biz bunu düzgün yanaşma hesab edirik. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsaiti nəzərdə tuturuq”.