Dövlət büdcəsinin xərcləri artırılır
Bu barədə “Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində bildirilib.
Sənəddə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olması proqnozlaşdırılır.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134 500,0 min manat, xərcləri 26 894 700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 7 97 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 8 50 104,0 min manat) məbləğində təsdiq edilib.