Rusiyanın məşhur cizgi serialı dünyanın ən sevimli brendlərinin ilk beşliyində

Rusiyanın istehsal etdiyi “Maşa və Ayı” animasiya serialı dünyada uşaqların ən sevimli əyləncə brendinin ilk beşliyinə daxil olub.

ENA.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

“Kids Global” agentliyinin tədqiqat sorğusuna görə, “Maşa və Ayı” altı yaşa qədər qızların ən sevimli cizgi filmləri siyahısının ilk beşliyindədir.

Cizgi serialı bundan başqa Avropa və Latın Amerikasında da altı yaşa qədər uşaqlar arasında ən sevimlilərdən biri elan olunub.

Qeyd edək ki, sözügedən cizgi serialı dünyada 39 dilə tərcümə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)