Sosial iqtisadiyyat

İş yerlərinin “ağardılması” sosial daxilolmaları artırdı

“Kölgə iqisadiyyatı”nın həcminin azaldılması, iqtisadi proseslərdə şəffaflığın artırılması, o cümlədən əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının “ağardılması” ilə bağlı dövlət başçısı tərəfindən müəyyən edilmiş vəzifələr İqtisadiyyat Nazirliyinin prioritet fəaliyyət istiqamətilərindən biridir.

ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, 2019-cu ildə sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Dövlət Vergi Xidmətinə həvalə edilməsindən sonra, bu sahədə aparılan islahatlar və görülən işlər nəticəsində iş yerlərinin rəsmiləşdirilməsi prosesləri daha da sürətlənib, muzdlu işçilərin zəruri pensiya kapitalını toplamaq imkanları yaranıb, onların gələcəkdə pensiya almaq hüquqları və sosial müdafiəsi təmin edilib, habelə dövlətin maliyyə yükünün azalmasına müsbət təsir edib.

Vergi və sosial yığımların vahid dövlət orqanı tərəfindən həyata keçirilməsi, vergi ödəyicilərinin dövlət büdcəsinə və sosial fondlara ödəmələri üzərində daha effektiv nəzarətin təmin edilməsinə imkan verib. Vahid inzibatçılığın tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində köklü dəyişikliklərə gətirib. Dövlət Vergi Xidməti sahibkarların sosial yığmlarının ödənilməsindən yayınmasının qarşısını alıb, iş yerlərinin “ağardılması”, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün ödənilməsinə nail olub. Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin artırılması, xüsusilə də 2020-ci ildə koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən dövlət dəstək mexanizmlərinin əsas şərtlərindən biri kimi əmək münasibətlərinin şəffaflaşdırılması tələbi iş yerlərinin leqallaşdırılması prosesinə müsbət təsir edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department