Sosial iqtisadiyyat

Dövlət fondunun gəlirləri artdı

2020-ci ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% - 2 milyard 558 milyon manatadək artıb. ENA.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 703 milyon manat təşkil edib, bu isə 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 34,2% artım deməkdir. 

Daxilolmalarla bağlı yarımillik proqnoz büdcə təşkilatları üzrə 110,1%, qeyri-büdcə sektoru üzrə 117,3% icra olunub.

Pensiya təyinatının şəffaflaşdırılması, əsassız pensiya işlərinin ləğvi nəticəsində illik 238 milyon manata qənaət edilib.

DSMF-nin 2020-ci il üçün gəlir və xərcləri 4 milyard 825 milyon 508,8 min manat məbləğində təsdiq edilib ki, bu da 2019-cu ilin göstəricisindən 16,89% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)