Birja

Qızılın qiyməti tarixi rekordu yeniləyib

Qızılın qiyməti 2011-ci ilin sentyabr ayında müəyyənləşdirilmiş tarixi rekordu yeniləyib, başqa sözlə, bir unsiya üçün 1 911,6 dollar səviyyəsini üstələyib.

ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu birja sövdələşmələrinin məlumatları göstərir.

Belə ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust ayı üçün fyuçersinin qiyməti 1 troy unsiyası üçün 1 911,7 dollara yüksəlib.

Gümüşün sentyabr ayı üçün fyuçersləri isə bir unsiya üçün 23,405 dollara qədər yüksəlib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department