Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxanların sayı azalmaqda davam edir - SON MƏLUMAT

Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “ENA”ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 29 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 819 test aparılıb.

Daha tez xəbər tutmaq üçün   FACEBOOK  səhifəmizi BƏYƏNİN!  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department