BİZNES

6 ayda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 52 müəssisə LƏĞV EDİLİB

Cari ilin yanvar-iyun ayları ərzində maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 53 yeni müəssisə yaradılıb, 52 statistik vahid isə ləğv edilib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

2020-ci ilin yanvar-iyun ayları ərzində ləğv edilmiş statistik vahidlərin 21,6 faizi “Maliyyə və sığorta fəaliyyəti”, 18,3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,6 faizi “Tikinti” sahələrində, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 32,4 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 8,4 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 8,0 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,5 faizi “Tikinti”, 6,7 faizi “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)