Azərbaycanda koronavirusa yoluxma ilə bağlı - SON MƏLUMAT
Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə ENA.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi əlaqədar 9023, ötən müddət ərzində isə 610 523 test aparılıb.