Satışa yeni istiqrazlar çıxarılır - HƏRRAC OLACAQ
"Embafinans" Bank olmayan Kredit Təşkilatı iyulun 17-də 1,5 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirəcək.
ENA.az xəbər verir ki, istiqrazların müddəti 365 gün və illik faiz dərəcəsi 11%-dir. Yerləşdiyi tarixdən etibarən dövri olaraq 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.
Təqdim oluna biləcək sifarişin aşağı həddi istiqrazın nominal dəyərinə uyğun olaraq 1 000 (bir min) AZN təyin edilmişdir.
Emissiya ediləcək istiqazların ümumi həcmi 1 500 000 (bir milyon beş yüz min) manatdır. Bir qiymətli kağızın nominal dəyəri 1 min manat olmaqla 1,5 min istiqraz satılacaq.
İstiqrazların anderrayteri Unicapital İnvestisiya Şirkəti olacaq.
Xatırladaq ki, "Embafinans" şirkəti 2012-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 milyon manatdır. 2019-cu ilin sonunda BOKT-un aktivləri 42,8 milyon manatı ötüb.