"Bank of America"dan NEFT PROQNOZU
Bank of America (BofA) , qlobal neft tələbinin yalnız 2021-ci ildə 2019 səviyyəsinə qayıdacağını gözləyir. ENA.az xəbər verir ki, bu barədə Bankın proqnozu açıqlanıb.
Beləki, 2020-ci ilin ikinci yarısında inkişaf etməkdə olan bazarlarda tələbin keçən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyon barel / gün azalacağını təxmin edən BofA ilin yekuna doğru ümumilikdə rəqəmin daha çox azalmasını ehtimal edir.
BofA, yalnız 2021-ci ildə neftə olan tələbatın yalnız demoqrafik dəyişikliklər və gəlirlərin artması fonunda gündə 5,2 milyon barel artacağını proqnozlaşdırır.