Sənaye

Nazirliyə şikayətlər ən çox elektrik enerjisindən olub

Cari ilin 6 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3853 müraciət daxil olub.

Nazirlikdən bildirilib ki, müraciətlərin 2716-sı elektrik enerjisi, 512-si təbii qaz təchizatı, 625-i isə digər məzmunlu məsələləri əhatə edib. Bu müraciətlərdən 215-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Yəni, 215 məktub təşəkkürlə bağlı olduğundan digər məktublar şikayət xarakteri daşıyıb. 

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji və qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, qaz sızması, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələləri əhatə edib.

Bu dövr ərzində 3203 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)