Yanacaqdoldurma məntəqəsi partladı - YARALILAR VAR
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.