"Virus nəzarət altına alınana qədər iqtisadi inkişaf olmayacaq"
Nobel mükafatlı iqtisadçı Joseph Stiglitz, yeni növ koronavirus (Kovid-19) epidemiyasının ardından qlobal iqtisadiyyatdakı prioritetləri sıralayıb.
ENA.az xəbər verir ki, Stiglitz, "post-Kovid prioritetləri" başlıqlı bir məqalə qələmə alıb.
Stiglitz, məqaləsində, virus nəzarət altına alınana qədər iqtisadi yığışmanın (inkişafın) olmayacağını qeyd edərək, "Səhiyyə böhranına cavab verilməsi siyasətçilər baxımından ən böyük prioritetdir" ifadəsini istifadə edib.
Stiglitz bildirib ki, ən çox möhtac vəziyyətdə olanların qorunmasına istiqamətlənmiş siyasətlər aparılmalı, iflasların qarşısı alınmalı, işçilər və şirkətlər arasındakı əlaqələr qorunmalıdır.
Bir çox insanın sürətli və V şəklində toparlanma (inkişaf) proqnozuna münasibət bildirən Stiglitz, "Bu cazibədar bir fikir idi. Lakin indi iyul ayındayıq və V şəklində bir toparlanma böyük ehtimalla fantaziyadır", - bildirib.
Stiglitz, yeni dövrdə çətin qərarlar verilməsi lazım olacağını ancaq zamanı keçmiş, böhrandan əvvəl də çətinlik çəkən köhnə pərakəndə şirkətlər kimi şirkətlərin xilas edilməməsi lazım olduğunu qeyd edib.
Stiglitz, koronavirusun uzun müddət var olacağını gözləyir.