Birja

Banklara satılan dolların həcmi artdı - HƏRRAC

07 iyul 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

ENA.az xəbər verir ki, hərracda tələb 53,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, tələb, 02 İyul 2020-ci il tarixində keçirilmiş hərracda 53,1 milyon ABŞ dolları, 30 iyun 2020-ci il tarixində keçirilmiş hərracda 50,8 milyon ABŞ dolları, 25 iyun 2020-ci il tarixində keçirilmiş hərracda isə 41,6 milyon ABŞ dolları təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)