Sosial iqtisadiyyat

Neftçalanın icra başçısından yeni təyinat

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Bununla bağlı Neftçala RİH-in başçısı Mirhəsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Elşən Həsən oğlu Əmirov Neftçala RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, E.Əmirov bu təyinata qədər həmin şöbədə baş məsləhətçi çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)