Sağlamlıq

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət AÇIQLANDI

Bu gün daha 583 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər isə vəfat edib. 

“ENA”nın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, 395 nəfər xəstə sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7137 koronavirus testi aparılıb.

İş elnalarından daha tez xəbər tutmaq üçün   FACEBOOK  səhifəmizi BƏYƏNİN!  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department