Avtomobil

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

Bakının Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır.

ENA.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq iyulun 4 və 5-də “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 Yanvar dairəsi" istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

 Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department