Birja

Banklara dollar satıldı - NƏTİCƏ

02 iyul 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 53,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, tələb, 30 iyun 2020-ci il tarixində keçirilmiş hərracda 50,8 milyon ABŞ dolları, 25 iyun 2020-ci il tarixində keçirilmiş hərracda isə 41,6 milyon ABŞ dolları təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)