Nazirlik 134 minə audit xidməti aldı
Azərbaycan Respublikasının Energetika Nazirliyi auditor xidmətləri üçün 134 min 400 manat xərcləyəcək. ENA.az xəbər verir ki, bunun üçün keçirilən tenderin qalibi "Deloitte& Touche" Məhdud Məsuliyyətli Audotor Cəmiyyəti seçilib.
Auditor şirkəti Nazirliyin tabeliyindəki Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin maliyyə öhdəlikləri üzrə audit rəyinin hazırlanması xidməti göstərəcək.