“Azərbaycan Sənaye Korporasiyası”nda struktur dəyişikliyi olub
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Aqrar istehsalat və ticarət departamentinin adı İstehsal və əməliyyatlar departamentinə dəyişdirilib.
“ENA” bu barədə quruma istinadən xəbər verir.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.