Sosial iqtisadiyyat

Nazirliyin işçilərinin sayı artırılır

Azərbaycan Prezidenti İlham Əliyev həftənin çərşənbə axşamı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda dəyişiklik edib.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişiklik edərək işçilərinin sayı 306-dan 350 ştat vahidinə qədər artırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department