Aqrar

"Vahid pəncərə" vasitəsilə Azərbaycan xaricə 78 milyonluq mal satıb

Bu ilin ilk yarısında İxraca Dəstək Mərkəzi tərəfindən Azərbaycandan 78 milyon dollar dəyərində mal ixrac olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, "vahid pəncərə" prinsipinə əsaslanan ixracın həcmi tam olaraq 78,3 milyon ABŞ dolları təşkil edib. 

Yanvar ayında bu göstərici 13,8 milyon dollar, fevralda 8,1 milyon dollar, martda 15.3 milyon dollar, apreldə 1.9 milyon dollar, may ayında 15.5  milyon dollar, iyun ayında 23.7 milyon dollar olub.

2019-cu ildə isə bu rəqəm 140,4 milyon dollar təşkil edib.

Qeyd edək ki, İxraca Dəstək Mərkəzinin "vahid pəncərəsi" Azərbaycan Prezidenti İlham Əliyevin 22 fevral 2017-ci il tarixli "Azərbaycanın rəqəmsal ticarət mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq yaradılıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)