Nikola Tesla: “İnsan hər şeyə qadirdir. Hətta ölüm də hələ son demək deyil”
Reallığı dəyişməyi bacaran insan. Onu fantaziyaçı adlandırırdılar, ideyalarına gülürdülər, amma zaman hər şeyi öz yoluna qoydu. Söhbət Nikola Tesladan gedir. O, hədsiz istedadlı idi. Çox asanlıqla yeniliklərə imza atmışdı. O deyirdi ki, texniki həllər öz-özünə onun ağlına gəlib. Tesla bütün zamanların ən dahi adamlarından biri hesab olunur ( Leonardo da Vinçi ilə birlikdə). Teslanın işləri müasir elektrotexnikanın inkişafına təkan verib. Onun ixtiraları bir əsrdən çox zamanı qabaqlayıb. Tesla təfəkkürün köməyilə reallığı dəyişməyi bilirdi. Onun haqqında hələ də əfsanələr danışılır.
Dahi ixtiraçının 25 sitatını təqdim edirik.
1 . Ən kiçik varlığın da fəaliyyəti bütün Kainatın dəyişməsinə səbəb olur.
- Mənim beynim ancaq qəbuledici cihazdır. Kosmik sahədə müəyyən bir nüvə var və biz ora bilik, güc, ilham yığırıq. Mən bu nüvənin sirlərinə bələd deyiləm,amma bilirəm ki, o mövcuddur.
- Mənə modellər, rəsmlər, eksperimentlər lazım deyil. Ağlıma ideya gələndə təsəvvürümdə cihaz hazırlayıram, konstruksiyanı dəyişirəm, onu tamamlayıram və qoşuram. Mənim üçün cihazın sınağının düşüncələrimdə ya fabrikdə keçirilməsinin heç bir fərqi yoxdur – eyni nəticələr olur.
- “Bacardığından artığını edə bilməzsən” ifadəsi səhv fikirdir. İnsan hər şeyə qadidir.
- Varlığımızın böyük sirləri hələ çözülməyib, hətta ölüm də son olmaya bilər.
- İnsanın inkişafının ali məqsədi, şüurun material dünya üzərində tam hökmranlığından, insanların tələbatlarını ödəmək üçün təbiətin gücündən istifadədən ibarətdir.
- Həyat bir neçə məlum faktorları olmasına rəğmən, həlli olmayan bir tənlikdir və həmişə belə olaraq da qalacaq.
- Müasir alimlər aydın düşünmək yerinə dərindən düşünürlər. Aydın düşünə bilmək üçün sağlam düşüncəyə sahib olmaq lazımdır, dərindən düşünmək isə təmamilə ağılsız olmaqla da mümkündür.
- Bu, bir çox ixtiraçıların problemidir: onların səbri çatmır. Onların iradə gücləri yetmir ki, nəyisə beyinlərində aramla, dəqiq və aydın elə işləyib hazırlasınlar ki, sonra necə işləyəcəyini də dəqiqliklə hiss edə bilsinlər. Onlar ilk ağıllarına gələn ideyanı dərhal yoxlamaq istəyirlər və nəticədə sadəcə təcrübəli yolla qeyri-düzgün istiqamətdə işlədiklərini müəyyən etmək üçün çoxlu pul və yaxşı materiallar sərf edirlər. Hamımız səhvlər edirik və ən yaxşısı odur ki, həmin səhvləri hansısa işə başlayana kimi edəsən.
- Dünyamız hədsiz çox enerji ilə yüklənib, biz naməlum sürətlə sonsuz bir boşluqda uçuruq. Ətrafımızda olan hər şey fırlanır, hərəkət edir – hər şey enerjidir. Qarşımızda vacib bir tapşırıq dayanır – bu enerjini əldə etməyin yollarını tapmaq. Belə olan halda, həmin tükənməz mənbədən o enerjini götürməklə, bəşəriyyət iri addımlarla irəliyə doğru hərəkət edəcək.
- Sivilizasiyanın yayılmasını alovla müqayisə etmək olar: əvvəlcə zəif bir qığılcım, sonra parlayan işıq, daha sonra isə sürət və gücə sahib nəhəng alov.
- Məni çoxları fantaziyaçı adlandırırdılar və yalnış düşüncəli dünyamız mənim ideyalarıma gülürdülər. Zaman bizi mühakimə edəcək.
- Hamı öz vücudunu hər şeydən çox sevdiyi insanlardan ona verilən dəyərli bir hədiyyə, möhtəşəm incəsənət əsəri kimi hesab etməlidir. İnsanın varlığında özünü göstərən təsviredilməz gözəllik, sirr o qədər incədir ki, bir söz, nəfəs, baxış və hətta fikir belə ona zərər yetirə bilər. Xəstəlik və ölüm saylarının artmasına səbəb olan özünə baxımsızlıq təkcə məhvedici deyil həm də əxlaqdan kənar bir vərdişdir.
- Barmağımı kəsirəm və o qanayır: bu barmaq – mənim bir hissəm. Dostumun ağrısını görürəm və bu ağrı məni də yaralayır: dostumla mən birik. Bütün Kainatda ən az təəssüflənəcəyim düşmənimin məğlubiyyətini seyr edərkən belə kədərlənirəm. Məgər bu, hamımızın vahid bütövlüyün bir hissəsi olmağımızın bir sübutu deyilmi?
- Fasiləsiz təklikdə ağıl daha da iti olur. Düşünmək və icad etmək üçün böyük laboratoriya lazım deyil. İdeyalar xarici şərtlərin beyinə təsiri olmadığı zamanlarda yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tək qalan zaman yaranır.
- Təbiət qədər insanın çox diqqətini çəkən və öyrənilməyə dəyər başqa heçnə yoxdur. Onun nəhəng mexanizmini anlamaq, yaradıcı güclərini kəşf etmək və onu idarə edən qanunları bilmək insan beyninin ən böyük hədəfidir.
- Bir tələbə yalnışlığa yo verəndə bu, böyük pislik sayılmır; dahilər səhv edəndə isə dünya onların səhlərini bağışlamır və bu onlara baha başa gəlir.
- Mənim qarşımda hər hansısa yorucu tapşırıq dayananda onu icra edənə kimi dəfələrlə təcrübədən keçirirdim. Beləcə günlərlə, səhərdən axşama kimi onunla məşğul olurdum. Bu əvvəlcə istək və arzularıma qarşı yönəlmiş güclü zehni səy tələb edirdi, amma illər ötdükcə həmin ziddiyət yavaş-yavaş aradan qalxırdı və nəhayət, iradəmlə istəklərim eyniləşirdi. Bu, bugün də belədir və bütün uğurlarımın sirri də elə bundadır.
- İntuisiya – dəqiq bilgidən də öndə. Beynimiz şübhəsiz, çox həssas sinir hüceyrələrinə malikdir və bu da heç hələ məntiqi nəticələr və ya başqa zehni səylər olmadığı halda belə, həqiqətləri duymağa imkan verir.
- Mən çertyojlar çəkmirəm, maketlər hazırlamıram. Beynimdə bir rəsm yaradıram, ona əsasən fikrən cihaz yığıram, sınaqdan keçirirəm və buraxılışa verirəm. 20 illik fəaliyyət ərzində eyni cihazın fikri sınaq nəticələri ilə zavoddakı nəticələri həmişə eyni olub.
- Bu paradoksaldır, amma yenə də həqiqətdir ki, nə qədər çox biliriksə bir o qədər də tam mənada cahil oluruq, çünki, ancaq maarifləndirmə yolu ilə məhdudiyyətlərimizi dərk etmiş oluruq.
- Təbii bir cazibə güclü bir istəyə çevriləndə hədəfə yaxınlaşma yüksək sürətlə baş verir.
- Bizim çatışmazlıqlarımız və fəzilətlərimiz (insanda ağıl, kamal, elm-mərifət, mərdlik, yüksək mənəviyyat, alicənablıq kimi sifətlərin ümumi adı) güc və materiya kimi ayrılmazdır. Onların bir-birindən ayrılması o deməkdir ki, insan artıq mövcud deyil.
- Sərt intizamsız heç bir icma mövcud ola və inkişaf edə bilməz.
- Beyində daimi qeydlər aparılmır, ora biliklər yığılmır. Bilik, həyata keçirilmək üçün sükutun pozulmasına ehtiyac duyan əks-səda kimidir.