“PAŞA Həyat Sığorta”ın Direktorlar Şurasına yeni üzv seçilib
“PAŞA Həyat Sığorta” ASC-nin korporativ idarəetmə strukturunda dəyişiklik baş verib.
Məlumata görə, şirkətin Direktorlar Şurasının tərkibinə Nailə Səfərəli Nurəddin qızı yeni üzv kimi daxil edilib. Bununla da Direktorlar Şurasının üzvlərinin sayı 5 nəfərdən 6 nəfərə yüksəlib.
Hazırda Direktorlar Şurasına Asəf Hüseynov sədrlik edir.
N.Səfərli bundan öncə “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına üzv seçilmişdi.

















