“AZZA”ya yeni rəhbər təyin edilib
Azərbaycanda şirniyyat evi olan “AZZA”ya yeni rəhbər təyin edilib.
Məlumata görə, Nəriman Hüseynov Eldar oğlu “AZZA” QSC-yə yeni rəhbər təyin edilib.
Ona qədər bu vəzifədə Rüstəm Gərəkməzli İsa oğlu idi.
Qeyd edək ki, Şirkətin 7 566 098 manat nizamnamə kapitalı vardır. Bu gün şəhərin hər yerində 120 AZZA mağazası mövcuddur.

















