ABB İnvestdən bazara iki mesaj: dividend və 22 milyonluq əməliyyat
ABB İnvest səhmdarlarına 3 milyon manat dividend ödəyib.
ENA.az xəbər verir ki, bunu ABB İnvestin İdarə Heyətinin sədri Nadir Babazadə bildirib.
Onun sözlərinə görə, şirkətin təmiz mənfəətlilik göstəricisi 1 %-dən yüksək olub və dividend ödənişi qurumun yığılmış mənfəəti hesabına həyata keçirilib.
N.Babazadə qeyd edib ki, ABB İnvestin yığılmış mənfəəti 6 milyon manat təşkil edib.
O həmçinin bildirib ki, 22 milyon manat həcmində ABB səhmləri üzrə təkrar əqd qeydə alınıb.
İdarə Heyətinin sədrinin sözlərinə görə, səhmlər üzrə dividend ödənişlərinin bu ayın sonunadək tam başa çatdırılması nəzərdə tutulur.


















