Azərbaycanda MTN polkovniki koronavirusdan öldü
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki Hüseynqulu Məmmədov koronavirusdan ölüb.
ENA.az xəbər verir ki, bu barədə məlumatı mərhumun qızı, jurnalist Turan Rəhimova sosial şəbəkədə paylaşıb.
T.Rəhimova bildirib ki, o da koronavirusa yoluxub, amma müalicə olunaraq sağalıb.