Dövlət xəstəxanasında koronavirus testinə görə 50 manat ödəniş tələb olunur? - RƏSMİ AÇIQLAMA
![](https://ena.az/uploads/news/2020-06/_ena_1f0cb7127cecf393accf5d9fe_o.jpg)
Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda analiz üçün ödəniş tələb edilməsi barədə məlumat yayılıb.
İddia edilir ki, sözügedən səhiyyə ocağında müxtəlif müayinələr üçün fərqli məbləğlər tələb olunur. Misal üçün, koronavirus (COVID-19) testinin aparılması 50 manata başa gəlir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborator xidmətlər ödənişli əsaslarla göstərilmir:
“Orada koronavirus testləri aparılmır”.