Tenderlər

İcra Hakimiyyəti vergi borcu olan şirkəti 2 milyon manatlıq tenderdə qalib elan edib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi xiyaban və parkların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Ximekspress 2000” firmasıdır.

Qalibə 2 milyon manat ödəniləcək.

Xatırladaq ki, “Ximekspress 2000” adına uyğun olaraq 20 il bundan əvvəl dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 40 manatdır. Şirkətin 19 manat vergi borcu var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)