İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - FOTO
![](https://ena.az/uploads/news/2020-06/_ena_87fa3ac4d873bedf039dc6ade_o.jpg)
Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib.
Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
ENA.az xəbər verir ki, "Qafqazinfo" A. Əliyevin saxlanılarkən görüntüsünü əldə edib. Həmin fotonu təqdim edirik: