Azərbaycanlılar yaşayan daha bir kənddə koronavirus aşkarlanıb
Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində koronavirusa yoluxma halı qeydə alınıb.
“ENA”nın yerli bürosu xəbər verir ki, orta yaşlı qadının COVID-19-la bağlı testi pozitiv çıxıb.
O, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Hazırda epidemioloqlar Qaracalarda qadının yoluxma mənbəyi və təmasda olduğu şəxsləri müəyyən edir.