Statuslar

Evdən çıxana ağır cəzalar – 1 AYLIQ HƏBS, 2000 MANAT CƏRİMƏ

DÖVLƏTƏ (bilmirəm konkret kimə) MÜRACİƏT

Peşəkar idarəçiyəm.

Uzun müddət yerli və xarici böyük firmalarda müasir idarə etmə sisteminin qurulması mövzularında çalışmışam.

Qarşımızdakı vəziyyətin mürəkkəbliyindən asılı olmadan çox sadə yanaşmanın olması vacibdir.

Gəlin vəziyyəti qısaca belə dəyərləndirək.

Qarşımızda olan vəziyyət :

- İnsanlar evdə oturmalıdırlar ki, virus yayılmasın;

- İnsanların, əsasən də maddi gəlirlər az olanların rezervləri olmadığına görə gərginlik yaşanır.

İçində olduğumuz durum QISACA budur.

Çıxış yolu olaraq da ÇOX sadə, amma o qədər də qətiyyətli yanaşma olmalıdır.

Bir MƏQAM daha var – insanları evdə oturdmadan öncə onların canını sıxan məsələ həll edilməlidir.

İnsanlara ƏSL və DOĞRU, TAM və DOLĞUN dəstək olduqdan sonra heç kim qətiyyətə qarşı çıxmayacaq.

TƏKLİFİM BUDUR :

Ölkədə 10.000.000 insan var (məncə əslində azdır)

HƏR bir Azərbaycanlıya dövlət bir aylıq 250 AZN ödəniş etsin. Bir ailədə 4 nəfər varsa, 1000 AZN.

10.000.000 x 250 = cəmi 2 milyard 500 milyon manat.

Bizim ölkə üçün komik rəqəmdir.

Ondan sonra 3 gün də zaman verilir – hamı alış verişini etsin bir aylıq.

Növbəti addım isə ÇOX SƏRT karantin – evdən çıxmaq qadağandır.

Evdən çıxana isə ağır cəzalar – 1 aylıq həbs, 2000 AZN cəza.

Heç kim etiraz belə etməz.

Hörmətli bu mövzuyla əlaqəli məmurlarımız!

Hamımız eyni qayıqdayıq. Hamımız üçün çətindir. İnsanları anlayın və hiss edin.

Məsələni sadə və konkret həll edin.

O milyardları onsuzda xərcləyəcəyik... Amma bir ayda, bir həmlədə vəziyyəti xilas etmək olacaq.

Cəmi 2 milyard yarıma xalqın sevgisiniz də qazanmış olacaqsınız.

Fəxri Ağayev
peşəkar idarəçi

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department