Dünya birjalarında NEFT BAHALAŞIB
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,32 ABŞ dolları və ya 0,82% artaraq 39,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,32 dollar və ya 0,77% artaraq 41,83 dollar təşkil edib.