Bank

Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 625,6 milyon manat məbləğində nizamnamə kapitalının 3,6%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 33,2%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Premium Bank" ASC tutub. Bu bank ötən rüb nizamnamə kapitalının 5,8%-i qədər mənfəət əldə edib. Bu arada, "Premium Bank" kapitalının məbləğinə görə, 28 bank arasında 10-cu yerdə qərarlaşıb.

Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 5,2%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 9-cudur.

Mənfəətlə işləyən qalan 19 bankdan 14-də sözügedən göstərici 1-5% arasında, 5 bankda isə 1%-dən azdır.

 

 

 

Bankın adı

Bankın rüblük mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti

1

Kapital Bank

33,2%

2

Premium Bank

5,8%

3

Express Bank

5,2%

4

Unibank

5,0%

5

Azərbaycan Beynəlxalq Bankı

4,1%

6

Bank Respublika

3,9%

7

Azərbaycan Sənaye Bankı

3,7%

8

Bank of Baku

3,7%

9

AFB Bank

3,6%

10

Naxçıvan Bank

2,8%

11

Xalq Bank

2,5%

12

Günay Bank

1,7%

13

Zıraat Bank Azərbaycan

1,2%

14

Bank BTB

1,1%

15

Rabitəbank

1,1%

16

PAŞA Bank

1,0%

17

Access Bank

1,0%

18

Turan Bank

0,9%

19

Azər-Türk Bank

0,8%

20

Bank VTB Azərbaycan

0,4%

21

İran Milli Bankı - Bakı

0,3%

22

Bank Avrasiya

0,3%

23

NBC Bank

-0,5%

24

AGBank

-1,0%

25

Yapı Kredi Bank Azərbaycan

-1,2%

26

Muğan Bank

-1,3%

27

Pakistan Milli Bankı - Bakı

-1,4%

28

Yelo Bank

-1,8%

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)