“Twitter”də yeni funksiya: SƏSLİ TVİT
“Twitter” sosial şəbəkəsi səsli tvit funksiyasını işə salıb.
Bu barədə RBC şirkətin saytında yerləşdirilən məlumata istinadla xəbər yayıb.
Bildirilir ki, hər səsli mesaj 140 saniyədən çox olmamalıdır.
Bu funksiyanı işə salmaq üçün səs dalğalarının görüntüsü olan nişanı vurmaq lazımdır. Tvit 140 saniyədən çox olarsa, platforma onu avtomatik olaraq bir neçə hissəyə bölür.
Şirkətdən verilən məlumata görə, yeni funksiyadan hələlik məhdud sayda istifadəçi yararlana bilir. Növbəti həftələrdə funksiya iOS əməliyyat sisteminin istifadəçiləri üçün əlçatan olacaq.
Şirkət səsli mesajların digər platformalarda nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.