Dağıstanda azərbaycanlılara cinayət işi açanlar ağır qəzaya düşdülər
Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə rəhbəri vəzifələrini müvəqqəti icra edən Oleq Potanin Qayakənd rayonunun ərazisində ağır yol-nəqliyyat qəzasına düşüb.
Xəbəri Rusiyanın Chernovik.net saytı yayıb.
Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev ağır vəziyyətdə Qayakənd rayonunun mərkəzi xəstəxanasına yerləşdirilən Oleq Potanini ziyarət edib.
Huşsuz vəziyyətdə olan O.Potaninin müalicəsini davam etdirmək üçün Moskvaya göndəriləcəyi gözlənilir.
Mənbə yazır ki, O.Potanindən başqa, xidməti avtomobildə Şimali Qafqaz Federal Dairəsinin Baş İstintaq İdarəsinin rəisi - general Oleq Vasilyev də olub.
Qeyd olunur ki, yüksək vəzifəli şəxslər Azərbaycan-Rusiya sərhədində baş verən insidentdən sonra vətəndaşlarımıza qarşı açılan cinayət işinin araşdırılması üçün Dağıstana ezam edilib.