Dünyada ilk dəfə videooyun dərman olaraq qəbul edildi
ABŞ Səhiyyə Nazirliyi “Akili Interactive” şirkətinin “EndeavorRX” arkada oyununu rəsmi olaraq dərman kimi tanıyıb.
ENA.az “The Verge”ə istinadən xəbər verir ki, bu oyun, yəni dərman Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozğunluğundan (DÇHP) əziyyət çəkən 8-12 yaşlı uşaqlar üçün yazılacaq.
Bildirilib ki, oyun ətrafında klinik sınaqlar 7 il çəkib. Məlum olub ki, gündəlik 25 dəqiqə “EndeavorRX” oynayan DÇHP-li hər üçüncü uşaqda sindromun simptomları yoxa çıxmağa başlayıb. Araşdırmada 600-dən çox uşaq iştirak edib.
Oyunun başağrısı kimi yan təsirləri həbdən daha zəif olsa da, həkimlər yenə də ənənəvi müalicə üsulundan imtina etməməyə çağırır. Onların fikrincə, bu oyun sadəcə əlavə preparat kimi istifadə oluna bilər.