Azərbaycanda yaxın qohumlar tenderə qatıldı – NƏTİCƏLƏR LƏĞV EDİLDİ
Azərbaycanda yaxın qohumların təmsil etdiyi şirkətlərin bir-birinə rəqəb kimi tenderə qatılması aşkar edilib və tender nəticələri ləğv edilib.
ENA.az xəbər verir ki, sözügedən tender Sumqayıtda keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil –Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işlərinin satın alınması üçün dərc olunmuş tenderdə komissiyanın araşdırması nəticəsində məlum olub ki, tender iştirakçılarından «Arsenal» MMC ilə «Kanon -2» MMC rəhbərlərinin yaxın qohumluq əlaqələri var.
Bu səbəbdən tenderin nəticələri “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq ləğv edilib.