Vakansiyalar

Boranı restoranlar şəbəkəsi maliyyə direktoru axtarır - MAAŞ 1500-2000 MANAT

Vəzifə: Maliyyə Direktoru

Əsas vəzifə öhdəlikləri:

1. Departamentin işçilərinin fəaliyyətinə rəhbərlik və nəzarət, onlar arasında iş bölgüsünün aparılması;
2. Mühasibat (maliyyə) hesabatlarının təyin edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması və təchiz edilməsi məqsədi ilə mühasibat hesabatı üzrə şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili;
3. Şirkətin maliyyə vəziyyəti ilə bağlı təhlillər aparılması və xidmət səviyyəsinin artırılması üzrə təkliflər verilməsi;
4. İlkin mühasibat və maliyyə sənədlərinin hazırlanmasına, hesablaşmaların və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
5. Əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının həyata keçirilməsinə, mühasibat uçotu və hesabatın təşkilinin yoxlanması;
6. Filiallar üzrə xəzinadarların işini tənzimləyir, onlardan lazımi hesabatları tələb edir;
7. Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
8. Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, əmək haqqının ödənilməsi hesabları, dövlət qurumlarına ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitlərinə nəzarət;
9. Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
10. Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;
11. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
12. Şirkətin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət;
13. Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət;
14. Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsinin təşkilini həyata keçirmək;

Namizədə olan tələblər:

 Yaş-27-45
 Cinsiyyət - fərq etmir
 Maliyyə sahəsi üzrə ali ixtisas təhsil (minimum bakalavr);
 Maliyyə-mühasibat işi üzrə min. 5 il iş təcrübəsi;
 Kompyuter biliyi;
 Elektron Maliyyə programlarında işləmə bacarıqı;
 İdarəçilik qabiliyyətinə malik olmalı, mövcud qanunvericiliyi bilməli;
 Dil biliyi: Azərbaycan və rus dilini sərbəst bilməli.

İş şəraiti və əmək haqqı:

 6 günlük iş rejimi (şənbə günü qısa iş saatı: 09:00-14:00);
 Nahar şirkət tərəfindən;
 Əmək haqqı – 1500-2000 AZN.

Uyğun namizədlərin lamiya.amirova@borani.az elektron ünvanına CV göndərməkləri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department