Bank

“Əlimdə müqavilə, kitabça və qəbz var, əmanətimi ala bilmirəm"

Lisenziyası ləğv edilmiş Atabank-ın qanunsuz əmanət cəlb etdiyi bildirilir.

ENA.az xəbər verir ki, bankın əmanətçisi Yazgül Əliyeva Marja-ya müraciətində bildirib ki, AtaBank-ın 23 İyul 2019 – 11 Sentyabr 2019-cu il tarixlərində əmanət qəbul etmək hüququ olmayıb. Bu səbəbdən həmin dövrdə bu banka yatırılan əmanətə görə kompensasiya ödənilməyəcəkdir:

“Mən Əliyeva Yazgül Süleyman qızı 23 İyul 2019-cu ul tarixində Atabanka əmanət qoymuşam. Bank müflis elan olunub və ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib. İyulun 1-də kompensasiya almaq üçün Kapital Banka müraciət etdim. Mənə əmanətimin bloklandığı bildirildi və kompensasiya ödənilmədi. Əmanətlərin Sığortalanması Fonduna müraciət etdim. Fonddan müraciətimə cavab olaraq bildirdi ki, 23 İyul 2019 – 11 Sentyabr 2019-cu il tarixlərində Atabankın əmanət qəbul etmək hüququ olmayıb və bu tarixlərdə yatırılmış əmanətlər sığortasızdır. Dedim ki, “belə şey olar, əlimdə müqavilə, əmanət kitabçası və qəbz var, bu qədər saxtakarlıq olmaz. Üstündən az qala bir il keçir, indi Atabank-ın bir müddət əmanət cəlb etmək hüququ olmadığı bildirilir. Bu barədə öncədən kütləvi informasiya vasitələrində məlumat verlməli idi. Bu, dələduzluqdir, cinayətdir”.

Yazgül Əliyeva kompensasiyanın qaytarılması prosesində özbaşınalıq olduğunu iddia edir və ölkə rəhbərliyindən kömək istəyir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)