BİZNES

Bakıda tanınmış klinika FƏALİYYƏTİNİ DAYANDIRDI

Bakıda fəaliyyət göstərən tanınmış sağlamlıq mərkəzi “İntermed” MMC ləğv olunub.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “İntermed” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 101,2 min manatdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)