BİZNES

“Ata Holding”in 800 min manata yaxın vergi borcu var

17 ildir ki, Azərbaycanda fəaliyyət göstərən “Ata Holding”in dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında məlumat var..

Məlumata əsasən, “Ata Holding”in 795 min 303 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 9 iyun 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “Ata Holding” 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupudur. Tərkibində 17 şirkət vardır. Sahibi isə türkiyəli iş adamı Ahmet Erentokdur. Bu holdinqin nizamnamə kapitalı 40 071 816 manatdır və qanuni təmsilçisi Adıgözəl Ağıyevdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)