“PAŞA Bank”ın sədrinə yeni müşavir təyin olundu
“PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.
ENA.az xəbər verir ki, bu, Elçin Əlizadədir. Əlizadə artıq iyun ayından başlayaraq “PAŞA Bank”dakı vəzifəsinin icrasına başlayıb.
Buna qədər o, ötən ilin noyabrından etibarən Azərbaycan Beynəlxalq Bankının Maliyyə menecmenti departamentinə direktor təyin edilmişdi.
1986-cı il təvəllüdlü Elçin Əlizadə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. 2009-cu ildə bu universiteti magistr dərəcəsi ilə bitirib.
Bu E.Əlizadənin “PAŞA Bank”da ilk işi deyil. Beləki, o, 2007-2008-ci illərdə “PAŞA Bank”ın Əməliyyat və nəzarət departamentində mütəxəssis vəzifəsində çalışıb. 2009-cu ildən son təyinata qədər isə Ernst & Young beynəlxalq audit və konsaltinq şirkətinin əvvəlcə mütəxəssisi, daha sonralar baş mütəxəssisi, işçi qrupunun rəhbəri, meneceri və baş meneceri olub. ABŞ-ın Oregon Ştatının Sertifikatlaşdırılmış İctimai Mühasibi (CPA) lisenziyasına malikdir.