Sosial iqtisadiyyat

“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var

Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. 

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu şirkətlə yanaşı onun törəməsi - “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var. 

Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)