Bank

“Kapital Bank” səhmdarlarına divident ödəyəcək

“Kapital Bank” ASC səhmdarlarının 2020-ci il iyunun 2-də keçirilmiş növbədənkənar ümumi yığıncağının qərarına əsasən dividendlərin veriləcəyi tarixi açıqlayıb.

ENA.az xəbər verir ki, bankın 2020-ci il iyunun 1-nə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə 2020-сi il iyunun 8-dən etibarən başlanılacaq

Dividendləri almaq üçün Bakıda yaşayan səhmdarlar “Kapital Bank”ın Bakıdakı filiallarına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”ın yerli filiallarına şəxsiyyəti təsdiqləyən sənədlə müraciət edə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department